"Sülh müqaviləsinin imzalanmasında maraqlıyıq" - Qriqoryan
    • 20-11-2023, 11:56
    • 135

"Sülh müqaviləsinin imzalanmasında maraqlıyıq" - Qriqoryan

“Azərbaycanla sülh müqaviləsinin imzalanmasında maraqlıyıq”.

News24.az xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ATƏT Parlament Assambleyasının 2023 Payız sessiyasında çıxışı zamanı bildirib.

“Sülhün bərqərar olması prosesində növbəti mühüm addım regional nəqliyyat və iqtisadi əlaqələrə yönəlmiş gələcək razılaşmaların əldə edilməsidir. Biz inanırıq ki, bir-biri ilə əlaqəli və iqtisadi cəhətdən çiçəklənən region davamlı sülhün açarı olacaq. Müasir qloballaşan dünyanın sürətlə dəyişən təbiəti regional təhlükəsizlik sistemlərini, eləcə də dövlətlər daxilində siyasi, iqtisadi və sosial prosesləri dinamik şəkildə dəyişdirir ki, bu da milli hökumətlər üçün strateji çağırışları əhəmiyyətli dərəcədə artırır”.

 Ayşən