"Ombudsman aparatına daxil olan müraciətlər dərhal araşdırılır"
    • 12-01-2024, 10:44
    • 133

"Ombudsman aparatına daxil olan müraciətlər dərhal araşdırılır"

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva seçki prosesi ilə bağlı hazırlıqların davam etdiyini və müvafiq tədbirlərin həyata keçiriləcəyini bildirib.

R TV xəbər verir ki, bunu Ombudsman, "Vətəndaşların seçki hüququnun təmini" mövzusunda dəyirmi masada çıxışı zamanı deyib.

Ombudsman qeyd edib ki, bütün dünyada seçki vətəndaşların siyasi prosesdə kütləvi iştirakı prosesidir:

"Bu seçki bütün Azərbaycan ərazisində keçirilən ilk seçkidir. Ona görə bu məqam növbədənkənar prezident seçkisinin əhəmiyyətini daha da artırır".

S.Əliyeva söyləyib ki, ötən illərdəki müsbət təcrübə nəzərə alınaraq, Ombudsman Aparatının əməkdaşları seçki məntəqələrində, o cümlədən hərbi hissə və Pentensiar xidmətdə təşkil ediləcək seçki məntəqələrində müşahidə aparacaqlar.

"Ölkəmizdə seçki hüquqlarının təmini məsələsini həmişə diqqətdə saxlayırıq. Ombudsman Aparatının "qaynar xətti"nə daxil olan müraciətlər dərhal araşdırılır", - deyə o vurğulayıb.

Aslan Nadiroğlu