Bu addım “HƏMAS”ı gücləndirəcək - Britaniya XİN başçısı
    • 12-05-2024, 23:23
    • 176

Bu addım “HƏMAS”ı gücləndirəcək - Britaniya XİN başçısı


Rəfahda quru əməliyyatın başlayacağı təqdirdə Böyük Britaniyanın İsrailə silah satışını dayandırması “HƏMAS”ı gücləndirəcək.

News24.az teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron bəyan edib.

Nazir minlərlə mülki vətəndaşı qorumaq planı olmadan Rəfah əməliyyatının başlanmasını dəstəkləməyib.

“İsrailə silah verilməsi məsələsində ABŞ-la Britaniya arasında fərqli vəziyyət mövcuddur. Böyük Britaniyadan tədarük edilən İsrail silahlarının 1%-dən az hissəsi artıq ciddi lisenziya sistemi ilə idarə olunur”.