-
- 12-01-2024, 17:50
- 183
"Qərb Qırmızı dənizi qan gölünə çevirmək istəyir" - Ərdoğan
"Qərb Yəmənə hava zərbələri endirməklə Qırmızı dənizi qan gölünə çevirməyə çalışır".
News24.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Ərdoğan bildirib ki, qeyri-mütənasib güc tətbiq olunub: "İngiltərə də ABŞ-la birlikdə bu prosesdə bir addım atdı. Hazırda Qırmızı dənizi qan gölünə çevirməyə çalışırlar”.
Ərdoğan həmçinin qeyd edib ki, Yəmən bölgədə bütün qüvvələrini toplayaraq onlara cavab verəcək.
Xatırladaq ki, ABŞ və Böyük Britaniya Yəmənin müxtəlif bölgələrində, o cümlədən paytaxt Səna, Hudeydə, Taiz və Saada da daxil olmaqla, dörd əyalətdəki hədəflərə hava zərbələri endirib. Nəticədə 5 Husi döyüşçüsü ölüb, 6-sı yaralanıb.
Qumral