Ərdoğan: “Ermənistanla normallaşma prosesində Azərbaycan “qırmızı xəttimiz”dir”
    • 26-07-2022, 00:58
    • 447

Ərdoğan: “Ermənistanla normallaşma prosesində Azərbaycan “qırmızı xəttimiz”dir”

“Biz onlardan (Ermənistan - red.) konkret addımlar atmaqlarını gözləyirik, biz bu normallaşma prosesində qətiyyətliyik”.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yerli jurnalistlərə müsahibəsində deyib.

O, Türkiyənin “qırmızı xətti”nin Azərbaycan olduğunu, Türkiyə və Ermənistan arasında normallaşma prosesinin bu məsələ həll olunduqdan sonra mümkün olacağını qeyd edib.