Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
    • 14-01-2024, 13:07
    • 95

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ


Milli Hidrometeorologiya Xidməti yolların buz bağlayacağı ilə bağlı xəbərdarlıq edib.

Xidmətdən News24.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında yanvarın 14-15-də bəzi ərazilərdə gecə və səhər saatlarında yolların buz bağlama ehtimalı var.

Azərbaycanın rayonlarında, xüsusən də, dağlıq və dağətəyi rayonlarda yanvarın 14-16-da gecə və səhər saatlarında magistral yolların buz bağlama ehtimalı var.