XƏBƏRDARLIQ - Bu tarixdə yollar buz bağlayacaq
    • 29-01-2023, 18:00
    • 249

XƏBƏRDARLIQ - Bu tarixdə yollar buz bağlayacaq

Azərbaycanda avtomobil yollarındakı vəziyyət açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən News24.az-a verilən məlumata görə, yanvarın 30-da ölkə ərazisində qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsinin 200-700 m-dək məhdudlaşacağı, dağlıq və dağətəyi rayonlarda isə yolların buz bağlayacağı ehtimalı var.