Professor İlham Rəhimova “Şöhrət” ordeni təqdim edildi - FOTO
    • 14-01-2024, 15:41
    • 360

Professor İlham Rəhimova “Şöhrət” ordeni təqdim edildi - FOTO

“Şöhrət” ordeni professor İlham Rəhimova təqdim edilib. 

Xatırladaq ki, 13 yanvar 2021-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev professor İlham Rəhimovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. 

Sərəncama əsasən, İlham Rəhimov Azərbaycan Respublikasında hüquq sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.

Professor, hüquq elmləri doktoru İlham Rəhimova “Şöhrət” ordeni Azərbaycanın Moskvadakı səfirliyində səfir Polad Bülbüloğlu tərəfindən təqdim olunub.

Təbriklərə biz də qoşulur, professor İlham Rəhimovu təbrik edir, ona fəaliyyətində yeni-yeni uğurlar arzu edirik.