Şimali Koreya ballistik raket atdı
    • 14-01-2024, 16:48
    • 115

Şimali Koreya ballistik raket atdı

Şimali Koreya Yapon dənizi istiqamətində ballistik raket buraxıb.

News24.az axar.az-a istinadən bildirir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

Hələlik raketin və onun uçuşunun detalları barədə məlumat yoxdur. Bununla belə, Cənubi Koreyanın müdafiə naziri Şin Von-Şik ötən həftə "Yonhap" agentliyinə müsahibəsində KXDR-in yaxın günlərdə bərk yanacaqla işləyən ortamənzilli ballistik raket sınağı keçirə, ayın sonunda isə uzaqmənzilli raket buraxa biləcəyini açıqlamışdı.

Qeyd edək ki, Şimali Koreya sonuncu dəfə ötən il dekabrın 18-də Yapon dənizi istiqamətində bərk yanacaqla işləyən "Hvasong-18" qitələrarası ballistik raketini buraxmışdı.