Türkiyə qırıcıları 24 hədəfi məhv etdi
    • 15-01-2024, 08:09
    • 111

Türkiyə qırıcıları 24 hədəfi məhv etdi


Türkiyə Hərbi Hava Qüvvələri İraq və Suriyada 24 hədəfə zərbələr endirib.

News24.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatında deyilir.

Bildirilib ki, İraqın Metina, Hakurk, Qara, Qəndil, Asos və Suriyanın şimalında terrorçuların mövqeləri hədəf alınıb.

Əməliyyat zamanı mağara, sığınacaq, cəbbəxana, qaz emalı təsisatları və s. ərazilər məhv edilib.