Türkiyə daha 3 terrorçunu məhv etdi
    • 27-06-2021, 15:11
    • 599

Türkiyə daha 3 terrorçunu məhv etdi

Türkiyə Hava Qüvvələri İraqın şimalında yerləşən Qara bölgəsindəki üç PKK terrorçusunu zərərsizləşdirib.

News24.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Türkiyə İraqın şimalındakı terrorçuların mövqelərinə qarşı təsirli zərbələr endirməyə davam edir. Uğurlu bir hava əməliyyatı nəticəsində Türkiyə Hava Qüvvələri Qara bölgəsində üç PKK terrorçusunu zərərsizləşdirib",-deyə qeyd olunur. /unikal.org