Ər arvadını kəndirlə boğub öldürdü
    • 30-07-2018, 15:06
    • 861

Ər arvadını kəndirlə boğub öldürdü

Beyləqanda həyat yoldaşını kəndirlə boğub öldürən şəxs tutulub.

News24.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, iyulun 29-da, Beyləqan rayonunun Sarısu kəndində yaşayan Mübariz Ağayev evində münaqişə zəminində arvadı Səidə Ağayevanı kəndirlə boğaraq öldürüb.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində M.Ağayev saxlanılıb.