Ərzaq yardımı üçün toplaşan fələstinlilər atəşə tutuldu - VİDEO
    • 15-01-2024, 13:33
    • 151

Ərzaq yardımı üçün toplaşan fələstinlilər atəşə tutuldu - VİDEO

İsrail hərbi qüvvələri Qəzza zolağında ərzaq yardımı almaq üçün toplaşan minlərlə fələstinliyə atəş açıb.

News.24.az xəbər verir ki, bu barədə Türk mediası məlumat yayıb.

Məlumata görə, minlərlə fələstinli beynəlxalq yardım təşkilatları tərəfindən çatdırılan ərzaq yardımını almaq üçün Qəzza şəhərinin Tel əl-Heva bölgəsindəki Ər-Rəşid küçəsində toplaşıb. Şəhərin cənub-qərbində yerləşdirilən İsrail qüvvələri kömək üçün toplaşan minlərlə fələstinliyə ağır silahlardan atəş açıb. İsrail qüvvələrinin açdığı atəş nəticəsində çoxlu fələstinli güllələnərək ağır bədən xəsarətləri alıb.

Qeyd edə ki, təxminən 800 min fələstinlinin aclıq və susuzluq təhlükəsi ilə üzləşdiyi Qəzza zolağının şimalına bir ayda ilk dəfə ərzaq yardımı bu gün gəlib.

Mehriban Mirzəzadə