Uçuşun gecikəcəyini açıqladı: Hücuma məruz qaldı
    • 15-01-2024, 14:03
    • 84

Uçuşun gecikəcəyini açıqladı: Hücuma məruz qaldı

Hindistan hava yolu şirkəti IndiGo-nun daxili reysinin sıx duman səbəbindən gecikəcəyini açıqlayan pilot sərnişinin hücumuna məruz qalıb.

News24.az xəbər verir ki, Hindistan mətbuatında yer alan xəbərlərə görə, Dehli-Qoa reysi ilə uçan sərnişinin pilota hücum etməsinin görüntüləri sosial mediada paylaşılıb.

Görüntülərə görə, pilot qatı duman səbəbindən uçuşun təxirə salınacağını elan edir.

Bu vaxt sərnişinin sürətlə pilota yaxınlaşaraq onun üzünə vurur.duğunu görmək olar.

Təyyarədə digər stüardessalar tərəfindən zərərsizləşdirilən hücumçu nəzarətə götürülüb.

Aynurə