Rusiyaya uçan təyyarə sərt eniş etdi - 56 NƏFƏR XƏSARƏT ALDI - VİDEO
    • 26-09-2019, 11:02
    • 1 038

Rusiyaya uçan təyyarə sərt eniş etdi - 56 NƏFƏR XƏSARƏT ALDI - VİDEO

Təyyarənin sərt eniş etməsi 56 sərnişinin yaralanmasına səbəb olub.

News24.az "RİA"ya istinadən xəbər verir ki, hadisə Rusiyada Altay diyarında, Barnaul hava limanında qeydə alınıb.

“Azur Air” aviaşirkətinə məxsus "Boeing" sərnişin təyyarəsinin hava limanına sərt enişi zamanı pilot şassinin yanması ilə bağlı dispetçerə məlumat verib. Qəza yerinə yanğınsöndürmə briqadaları gəlsə də şassinin yanmadığı, tüstülənmənin baş verdiyi görülüb.

Vyetnamdan Barnaula uçan təyyarədə 344 sərnişin olub.