2024-cü il Ukraynanın taleyini müəyyən edəcək- Qrant Şapps
    • 15-01-2024, 16:00
    • 194

2024-cü il Ukraynanın taleyini müəyyən edəcək- Qrant Şapps

Bu il Ukraynanın taleyində həlledici olacaq.

News.24.az xəbər verir ki, bunu Böyük Britaniya Müdafiə Nazirliyinin rəhbəri Qrant Şapps deyib.

"2024-cü il Ukrayna üçün dönüş nöqtəsi olmalıdır. Bu, ölkənin taleyinin həll olunacağı il olacaq. Dünya üçün bu, tarixdə demokratiya üçün ən böyük il olacaq, çünki dünya əhalisinin demək olar ki, yarısı bu seçkilərdə iştirak edəcək.”, - deyə nazir bildirib.

Şapps vurğulayıb ki, London gələn ildə Kiyevi dəstəkləməkdən imtina etməyəcək, çünki Ukraynadakı münaqişə Böyük Britaniya üçün ekzistensial xarakter daşıyır.

O, həmçinin bildirib ki, krallıq 2015-ci ildən bəri ümumilikdə 60 mindən çox ukraynalı hərbçi hazırlayıb. Nazir eyni zamanda, Böyük Britaniyanın müdafiə qabiliyyətinin artırılması üzərində çalışdığını vurğulayıb. Bununla bağlı o xatırladıb ki, ölkənin 2024-cü il üçün hərbi büdcəsi tarixdə ilk dəfə olaraq 50 milyard funt-sterlinqi (indiki məzənnə ilə 63 milyard dollar) keçəcək. Bundan əlavə, nazir alyansın “Sabit Müdafiəçi” təlimlərində iştirak etmək üçün fevralda NATO-nun şərq cinahına 20 min britaniyalı hərbçinin yerləşdirilməsi planlarını təsdiqləyib.

Qeyd edək ki, bununla bağlı o, NATO-ya üzv ölkələri müdafiə xərclərini artırmağa çağırıb. 

Mehriban Mirzəzadə