Sunak Ukraynaya yeni hərbi dəstək paketini açıqladı
    • 19-11-2022, 20:32
    • 391

Sunak Ukraynaya yeni hərbi dəstək paketini açıqladı

"Böyük Britaniya Ukraynaya ehtiyac və layiq olduğu qədər hərbi yardımını davam etdirəcək".

News24.az xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Rişi Sunak Kiyevdə Prezident Zelenski ilə birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, təkcə bu il Britaniya Ukraynaya 2,3 milyard funt-sterlinqdən çox hərbi yardım etdib:

"Özünüzü qorumağınız üçün biz hava hücumundam müdafiə sistemləri, 120 xüsusi zenit silahı, həmçinin pilotsuz uçuş aparatları verəcəyik.
Ukraynalı hərbçilər üçün təlim proqramlarını genişləndirəcəyik, hərbi mühəndislər hazırlayacaq. Ordunuz üçün xüsusi qış texnikası, həmçinin ümumilikdə 16 milyon funt sterlinq dəyərində humanitar yardım verəcək", - deyə Baş nazir qeyd edib.