Prezidentliyə namizədlər üçün əlavə qapalı görüş yerləri ayrıldı
    • 15-01-2024, 15:52
    • 180

Prezidentliyə namizədlər üçün əlavə qapalı görüş yerləri ayrıldı

Artıq ödənişli efir vaxtına qoşulma istəyən 44 media qurumu Mərkəzi Seçki Komissiyasına müraciət edib.

News24.az APA-ya istinadən bildirir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov deyib.

Rövzət Qasımov bildirib ki, namizədlərin müraciəti əsasında qapalı görüş yerlərinin sayı da artıb.

MSK sədri Məzahir Pənahov isə bildirib ki, hava şəraiti kəskin olduğuna görə namizədlər qapalı görüş yerləri ilə əlaqədar MSK-ya müraciət edib: "Onların bu müraciətinin məntiqi aydındır. Amma gərək hava şəraitini əvvəldən nəzərə alardılar. Yay olsaydı, əlbəttə, hamısı açıq havada seçicilərlə görüşmək istəyərdi. Bizim yanaşmamız odur ki, hansı namizəd qapalı yer təklif edərsə, biz ona etiraz etməyəcəyik".

MSK sədrinin müavini Rövzət Qasımov isə diqqətə çatdırıb ki, müvafiq qurumlar bununla bağlı dəstək göstərib, əlavə qapalı yerlər ayırıb.