-
- 15-01-2024, 20:05
- 297
Səhhəti pisləşən tanınmış meyxanaçı xəstəxanaya yerləşdirildi - FOTO
Səhhətində problem yaranan məşhur meyxanaçı Xəyyam Əhmədli Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.
News24.az xəbər verir ki, bu barədə Yenicag.az-a açıqlama verən sənətçi səhhətində hələ ki müsbət dəyişiklik olmadığını deyib:
“Hələ ki səhhətimdə heç bir irəliləyiş yoxdur, əvvvəlki kimiyəm. Evdə də müalicə olunurdum. Amma nəticə olmadığından, xəstəxanaya yerəşdirildim. Dava-dərman verilir, sistemlər qoyulur. Görək nəticə necə olacaq”.
Qeyd edək ki, meyxanaçının ürəyində problemlər yaranıb və təcili əməliyyat olunmalıdır. Lakin səhhəti buna imkan vermədiyi üçün həkimlər bir müddət gözləməyə qərar verib.