NATO-nun  hərbi təlimləri bu ölkədə keçiriləcək
    • 15-01-2024, 19:00
    • 219

NATO-nun hərbi təlimləri bu ölkədə keçiriləcək

Latviya yanvarda NATO-nun “Furious Wolf 24”   hərbi təliminə ev sahibliyi edəcək.

News.24.az xəbər verir ki, bu barədə Latviyanın Silahlı Qüvvələrinin bəyanatında deyilir.

Təlimin məqsədi şəhər mühitində və xaricində bölmələrə aviasiya dəstəyi hazırlamaqdır.

Təlimdə ABŞ, Böyük Britaniya, Çexiya, Fransa, Almaniya, Niderland və Norveçdən olan mütəxəssislər iştirak edəcəklər.

Mehriban Mirzəzadə