Finlandiya NATO üzvü kimi ilk hərbi təlimini keçirdi
    • 14-04-2023, 09:25
    • 209

Finlandiya NATO üzvü kimi ilk hərbi təlimini keçirdi

Finlandiya NATO-ya üzv olduqdan sonra ilk hərbi təlimini keçirib.

News24.az xəbər verir ki, Finlandiyanın sahil donanmasının təlimləri Rusiya sahillərində keçirilib. Sözügedən təlimdə Almaniya Hərbi-Dəniz Qüvvələrinin “FGS Mecklenburg-Vorpommern” və Portuqaliyanın “NRP Bartolomeu Dias” gəmisi də iştirak edib. 

Almaniya gəmisi təqribən 3600 ton çəkiyə malikdir və göyərtəsində 193 ekipaj üzvü, 26 zabit olub. 3200 ton çəkiyə sahib Portuqaliya gəmisində isə 174 ekipaj üzvü olduğu deyilir.

Qeyd edək ki, Finlandiya aprelin 4-ü rəsmi olaraq NATO-ya üzv olub.

Qumral Əliyeva