-
- 13-04-2019, 12:05
- 671
Şəhid ailələrinə və Qarabağ əlillərinə mənzillərin verilməsi sayı üç dəfə ARTIB
"Dövlət başçısının sosial siyasətində əlillər və şəhid ailələrinə xüsusi diqqət özünü büruzə verir. Bu il şəhid ailələrinə və qarabağ ailələrinə veriləcək mənzillərin sayı daha da artırılacaq".
News24.az-ın məlumatına görə, bunu ATV telekanalına Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov deyib:
“İlk fərmanla və yanvar ayında verilən ikinci fərmanla 12 mindən artıq şəhid ailəsinə 11 min manat məbləğində birdəfəlik ödəmənin verilməsi təmin edildi. Haz-hazırda Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən ödəmələrin verilməsi prosesi davam edir. İndiyədək 6200 şəhidin 9 mindən artıq vərəsəsinə ödəmələr verilib. Bu proses ilin sonunadək həyata keçiriləcək. Bundan başqa, cənab Prezident ötən ilin avqust ayında ölkənin birinci Xanımı ilə birlikdə Qaradağ rayonunda şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə mənzillərin təqdimatını həyata keçirdi. Ondan bir gün sonra Prezidentin ehtiyat fondundan 20 milyon manat verilməklə şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə mənzillərin verilməsi sayını üç dəfə artırdı. 2018 ci ildə 207 mənzilin verilməsi nəzərdə tutulurdusa, Prezidentin sərəncamı ilə ötən il 626 ev verildi”.
O da qeyd edilir ki, bu il daha 35 milyon manat ayrılmaqla mənzillərin sayı daha da artırılacaq və 800 mənzil təqdim ediləcək.