-
- 16-01-2024, 11:00
- 245
SEPAH Ərbilə raket zərbələri endirdi: Qisas
Gecə saatlarında SEPAH İraqın şimalında yerləşən Ərbil şəhərinə və Suriyada bir neçə yerə balistik raketlərlə zərbə endirib.
News.24.az xəbər verir ki, bu barədə SEPAH bəyanat yayıb.
Bəyanatda İraqın şimalındakı Kürdüstan muxtariyyətində MOSSAD-ın casus mərkəzinin hədəf alındığı iddia edilib.
Digər rəsmi mənbələr isə partlayışın Ərbil şəhərinin 40 kilometrliyində, ABŞ konsulluğu yaxınlığındakı ərazidə eşidildiyini yazıb.
Məlumata görə, İraqın Ərbil şəhərində ABŞ konsulluğu yaxınlığındakı 8 obyekt İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən hücuma məruz qalıb.
Qeyd edək ki, Ərbil hava limanı hücumlar səbəbi ilə fəaliyyətini dayandırıb.
SEPAH yaydığı bəyanatda hücumun komandirlərinin öldürülməsinə cavab olduğunu bildirib.
Mehriban Mirzəzadə