İran İraqın şimalını artilleriya atəşinə tutdu
    • 25-09-2022, 13:30
    • 350

İran İraqın şimalını artilleriya atəşinə tutdu

Bu gün səhər İran silahlı qüvvələrinin quru qoşunları İraqın şimal regionlarını artilleriya atəşinə tutub.

News24.az xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) məlumatına əsasən, İraqın şimalında cəmləşən terrorçu qruplaşmaların mövqeləri və qərargahları bombardman edilib.

Artilleriya atəşinin nəticələri barədə hələlik məlumat verilmir. Bu barədə Sepahın bəyanatla çıxış edəcəyi gözlənilir.