Səbuhi Məmmədlinin SON DURUMU
    • 16-01-2024, 12:17
    • 247

Səbuhi Məmmədlinin SON DURUMU

Hazırda tanınmış jurnalist Səbuhi Məmmədli Yeni Klinikanın Cərrahiyyə və Transplantalogiya Mərkəzinin Anesteziologiya, Reanimasiya və İntensiv Terapiya şöbəsində müalicə alır.

News24.az bildirir ki, TƏBİB-dən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, kəskin tənəffüs çatışmazlığı diaqnozu qoyulan Səbuhi Məmmədlinin vəziyyəti kritik ağır qiymətləndirilir.

Zəruri müayinə və müalicələri davam etdirilir.