Şahin Bağırov rəisi işdən çıxardı - FOTO
    • 16-01-2024, 12:22
    • 249

Şahin Bağırov rəisi işdən çıxardı - FOTO

Dövlət Gömrük Komitəsinin katibliyinin rəisi Əsgər Məmmədov vəzifəsindən azad edilib. 

News24.az xəbər verir ki, qaynarinfo-nun əldə etdiyi məlumata görə, bu barədə DGK-nın sədri gömrük xidməti general-leytenantı Şahin Bağırov müvafiq əmr imzalayıb. 

Əsgər Məmmədov sədrin müşaviri təyin olunub. 

Şahin Bağırovun digər əmri ilə polkovnik-leytenant Məmmədov Elvin Əli oğlu katibliyinin rəisi təyin edilib.