Monika Belluççi mükafatlandırma mərasiminə sevgilisi ilə qatıldı - FOTO
    • 16-01-2024, 14:30
    • 133

Monika Belluççi mükafatlandırma mərasiminə sevgilisi ilə qatıldı - FOTO

59 yaşlı italyan aktrisa Monika Belluççi  sevgilisi rejissor Tim Burtonla birlikdə yanvarın 15-də keçirilən illik "Emmy" mükafatlandırma mərasiminə qatılıb.

News.24.az xəbər verir k, onlar qırmızı xalçaya əl-ələ tutaraq çıxıblar.

Aktrisa qırmızı xalçada ağ köynək, qara pencək və uzun ətəkdə olub. Belluççinin təbii gözəlliyini vurğulayan saçları və makiyajı ilə göz oxşayıb.

Sevgilisi Tim Burton  isə qara şalvar, köynək və ayaqqabı geyinib. Rejissor görünüşünə dairəvi çərçivəli eynək və qalstuk əlavə edib.

Xatırladaq ki, cütlük 2023-cü ildə Paris küçələrində gəzərkən paparazzilərin kameralarına yaxalanıb. Aktrisanın sevgilisi ilə fotoları isə "Daily Mail"də  yayımlanıb.

Mehriban Mirzəzadə