Tanınmış gülüş ustası səhnədə keçindi - FOTO
    • 13-04-2019, 12:46
    • 1 342

Tanınmış gülüş ustası səhnədə keçindi - FOTO

Britaniyanın tanınmış gülüş ustası Yan Koqnito qəfil dünyasını dəyişib.

News24.az
BBC-yə istinadən bildirir ki, hadisə Yan Koqnito səhnədə ikən - tamaşaçıların gözü qarşısında baş verib.

Hadisə şahidləri bildiriblər ki, çıxışı zamanı səhnədə stulda əyləşən gülüş ustası halsız vəziyyətə düşüb. Tamaşaçılar bunu onun şousunun bir hissəsi zənn ediblər. Nədən ki, Yan 5 dəqiqə əvvəl insult haqda zarafat edibmiş. Onun bu vəziyyətini başda anlamayan tamaşaçılar gülərək, alqışlayıblar. Sonradan onun tərpənmədiyini gördükdə, təşvişə düşüblər.

Bəlli olub ki, Yan dünyasını dəyişib. Personal onun ürəyini massaj etməyə çalışsa da nəticə olmayıb.