Səhnədə partlayış - TANINMIŞ MÜĞƏNNİ ÖLDÜ
    • 2-09-2019, 11:23
    • 1 622

Səhnədə partlayış - TANINMIŞ MÜĞƏNNİ ÖLDÜ

Səhnədə baş verən partlayış zamanı 30 yaşlı müğənni dünyasını dəyişib. 

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, müğənni və rəqqasə Coana Sayns "Super Hollywood Orchestra" qrupu ilə birgə çıxış edərkən səhnədə partlayış baş verib. 

Madrid yaxınlığında, Las-Berlansda keçirilən festivalda pirotexnika anidən partlayıb və ifaçının qarnına dəyib. Nəticədə o, minlərlə tamaşaçının gözü qarşısında ölüb.