Zeynəbdən ETİRAF: " Vasif aylarla mənim evimə gəlib..." - VİDEO
    • 17-01-2024, 10:45
    • 1 938

Zeynəbdən ETİRAF: " Vasif aylarla mənim evimə gəlib..." - VİDEO

MTV Azərbaycanda yayımlanan "Tarixin bir günü" müğənni maraqlı açıqlaması ilə diqqət çəkib.

News24.az Milli.Az-a istinadla xəbər verir ki, efirin qonaqlarından olan sənətçi həmkarı Vasif Əzimov barədə etiraf edib.

Müğənninin ona olan dəstəyindən danışan Zeynəb bunları deyib:

"Hər zaman Vasifin olmadığı məclislərdə belə deyirəm ki, bu insan mənim mükafatımdır. Allah onu mənim qarşıma vasitəçi olaraq çıxarıb. Vasif mənə o qapıların hamısını açdı. İlk dəfə deyirəm ki, mən qəza keçirəndə çalışmadığım zamanda aylarla mənim evimə gəlib, gizlin şəkildə boşqabımın altına pul qoyub gedən adamdır. Mən heç vaxt bunu unutmaram. Çox təmiz ürəyi var. Rəhmətlik anam Vasifi çox istəyirdi. O, da anamı görmək bəhanəsi ilə bizə gəlib mənə dəstək olurdu. Bilirdi ki, pul qazana bilmirəm".

Sözügedən açıqlamanı təqdim edirik: