Ərəb ölkələri İsrailllə münasibətlər qurmağa hazırdır- Blinken
    • 17-01-2024, 14:30
    • 119

Ərəb ölkələri İsrailllə münasibətlər qurmağa hazırdır- Blinken

Yaxın Şərqdə və onun hüdudlarından kənarda yerləşən ərəb dövlətləri İsraillə münasibətlər qurmağa hazırdırlar.

News.24.az xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken deyib.

“Ərəb ölkələri və müsəlman dövlətləri, hətta Yaxın Şərq regionundan kənarda, İsraillə inteqrasiya, normallaşma və təhlükəsizlik baxımından indiyə qədər etmədikləri əlaqələr qurmağa hazırdırlar. Həmçinin onlar lazımi təminatlar, öhdəliklər, zəmanətlər verməyə hazırdırlar ,”- deyə Blinken bildirib.

Onun sözlərinə görə, ABŞ kimi bütün ölkələr əmindirlər ki, münaqişənin həllinə Fələstin dövlətinin yaradılması və Fələstin rəhbərliyinin islahatları daxil olmalıdır, çünki bunsuz inteqrasiya mümkün deyil.

Mehriban Mirzəzadə