-
- 8-01-2024, 15:41
- 178
Blinken: "Fələstinliləri məcbur etmək olmaz"
"Fələstinlilərə Qəzza zolağından çıxmaları üçün təzyiq edilməməli və mümkün qədər tez evlərinə qayıtmağa icazə verilməlidir".
News24.az xəbər verir ki, bu sözləri ABŞ dövlət katibi Antoni Blinken deyib.
O, bəzi İsrail hökumət rəsmilərinin fələstinlilərin başqa yerə köçürülməsi ilə bağlı bəyanatlarını pisləyib:
"Fələstinli mülki vətəndaşlar lazımi şərait yaradılan kimi evlərinə qayıtmalı, Qəzzanı tərk etməyə məcbur edilməməlidirlər. Bundan başqa razılaşdırılmış sülh səyləri olmadan İsrail-Həmas münaqişəsi bütün regiona yayıla bilər. Hazırda regionda dərin gərginlik mövcuddur", - deyə ABŞ dövlət katibi qeyd edib.
Xatırladaq ki, Entoni Blinken bir neçə gündür Yaxın Şərqə səfər edir. O, dünən axşam saatlarında Qətərdən Birləşmiş Ərəb Əmirliklərinə gəlib, bu gün isə Səudiyyə Ərəbistanına yollanacaq. Blinken artıq İordaniya, Türkiyə və Yunanıstanda olub. ABŞ dövlət katibi İsrailə də səfər edəcək.
Nəzrin