-
- 13-04-2019, 17:08
- 832
"Roliklə" ölümə gedən gənclərin videosu yayıldı: DYP-dən xəbərdarlıq - VİDEO
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov paytaxtın mərkəzi və ümumi istifadədə olan küçələrində skeyt, rolik və bu kimi təkərləri olan xüsusi ləvazimatlardan istifadə edən gənclərə müraciət edib.
News24.az avtosfer.az-a istinadən xəbər verir ki, açıqlamasında şöbə rəisi bildirib ki, bu hallar həm gənclərin özünə, həm də digər hərəkət iştirakçılarına konkret təhlükə yaradır. "Təbii ki, bu hadisələr təhlükəsiz şəhər kameralarınâ düşür və operatorlar vasitəsilə qeydə alınır. Cari ilin 4 ayı ərazidə xidmət aparan YPX əməkdaşları tərəfindən bu hallarla bağlı 10-a yaxın protokol tərtib olunub.
Vaqif Əsədov bildirib ki, son günlər bu faktların çoxalması, xüsusilə mərkəzi yollarda olması ciddi narahatçılıq doğurur. "Ona görə də Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi adından, öz adımdan bu şəxslərə, onların valideynlərinə müraciət edirəm. Bu sahədə diqqətli olsunlar. Övladlarının bu hərəkətlərinin qarşısının alınmasında, həmçinin qapalı şəraitdə, stadionunlarda, xüsusi yerlərdə müxtəlif "trukların" edilməsinə nəzarət etsinlər."
Vaqif Əsədov gənclərə müraciət edərək bildirib ki, mərkəzi küçələrində skeyt, rolik və bu kimi vasitələrdən istifadə etməsinlər. "Bu həm inzibati xəta tərkibi yaradır, həm də çox təhlükəlidir."
Vaqif Əsədov bildirib ki, burada inzibati protokol yazmaqdan çox təbliğat işi gücləndiririk. "Siz bununla həm özünüzə, həm də digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradırsınız. Azacıq diqqətsizlik ölümə səbəb ola bilər."
Şöbə rəisi havaların istiləşməsi ilə əlaqədar bu halların daha da çoxalacağını qeyd edərək bildirib ki, YPX əməkdaşları buna ciddi nəzarət edəcəklər. "Ümumi istifadədə olan yollarda bu hərəkətlər istifadə etməsinlər. Əgər kimsə bunu etmək istəyirsə xüsusi yerlərdə həyata keçirsin. Bunun üçün Milli Park var. Orada geniş şərait var. Həmçinin Olimpiya Stodionu, Velotrek ərazisində bunun üçün yerlər var. Gənclər rahat şəkildə burada öz məharətlərini nümayiş etdirə bilərlər."
Qeyd edək ki, şəhərin mərkəzi küçələrində təhlükəli şəkildə hərəkət edən gənclərin görüntüləri Avtosfer.az tərəfindən yayılmışdı.