Ronaldo 466 min avroluq avtomobil alıb
    • 19-01-2024, 10:01
    • 429

Ronaldo 466 min avroluq avtomobil alıb

Kriştiano Ronaldo yeni avtomobil alıb.

News24.az İdman.biz-a istinadla xəbər verir ki, Portuqaliya millisinin və “Əl-Nəsr”in futbolçusu yeni maşını ilə fotosunu paylaşıb.

39 yaşlı hücumçu sonuncu model “Ferrari Purosangue”yə sahib olub. Bu avtomobilin qiyməti 466 min avrodur.

Hücumçunun avtomobilləri arasında “Bugatti Chiron”, “Bugatti Veyron Grand”, “Ferrari Monza” və “McLaren Senna” kimi bahalı modellər də var.

Qeyd edək ki, Ronaldo ötən ilin dekabrında anası Doloreş Aveyroya ad günündə 72-90 min avro aralığında qiyməti olan “Porsche Cayenne” hədiyyə edib.