Ronaldodan “Əl-Nəsr”də uğurlu debüt
    • 23-01-2023, 23:23
    • 299

Ronaldodan “Əl-Nəsr”də uğurlu debüt

Səudiyyə Ərəbistanı çempionatının 14-cü turunda “Əl-Nəsr” “Əl-İttifaq”la qarşılaşıb.

News24.az xəbər verir ki, Kriştiano Ronaldo bu matçda meydana çıxmaqla “Əl-Nəsr”in heyətində ölkə çempionatında debüt edib.

Komandasının 1:0 hesablı qələbəyə sevindiyi bu oyunda qələbə qolunu Anderson Taliska vurub. Start heyətdə yer alan Ronaldo sonadək meydanda olub.

Xatırladaq ki, Ronaldo “Əl-Nəsr”lə 2 illik müqavilə imzalayıb. “Qızıl top”un beşqat qalibinin sözləşməsi 2025-ci ilədək nəzərdə tutulub. 37 yaşlı portuqaliyalı hücumçunun sponsorluq gəlirləri ilə birlikdə illik qazancının 200 milyon avro olması gözlənilir.