-
- 19-01-2024, 11:18
- 185
"Rusiya Bakı ilə İrəvan arasında sülhə maraqlıdır"
"Rusiya Ermənistanla Azərbaycan arasında sülhün əldə olunmasına töhfə verməyə hazırdır".
News24.az xəbər verir ki, bu barədə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopirkin "RİA Novosti"-ə müsahibəsində bildirib.
Səfir qeyd edib ki, Rusiya tərəfi bu istiqamətdə çox fəal, israrlı, ardıcıl işləyib və davam edir:
"Rusiya bu prosesə maksimum dərəcədə dəstək vermək, Ermənistan və Azərbaycan arasında həqiqətən sabit və ədalətli sülh nizamlanmasına nail olmaqda qətiyyətlidir”.
Onun sözlərinə görə, Moskva regionda sabit sülhün olmasında maraqlıdır:
“Biz münasibətlərin normallaşması prosesini dəstəkləyirik və Rusiya hər zaman bu istiqamətdə bütün aspektlərdə işləməyə hazırdır. Buna sülh müqaviləsinin bağlanması və Ermənistan - Azərbaycan arasında sərhədin demarkasiyası məsələləri aiddir. Rusiyanın fəal iştirak etdiyi müvafiq üçtərəfli strukturlar yaradılıb. Cənubi Qafqaz regionu bizim üçün çox vacib regiondur və regionun sülh, sabitlik və firavan olması bizim həyati maraqlarımıza cavab verir".
Qumral