Kəramət Böyükçöldən ANA SÖYÜŞÜ
    • 13-04-2019, 22:29
    • 1 504

Kəramət Böyükçöldən ANA SÖYÜŞÜ

Gündəm yaratmağı bacaran yazıçı Kəramət Böyükçöl yenə də özündən bəhs etdirəcək.

New24.az
xəbər verir ki, K. Böyükçöl bu dəfə yeni çıxacaq müəllifi olduğu kitabdan danışıb. "Ana söyüşü"ndən bəhs edən yazıçı hər kəsin ona dəstək olmasını istəyib:

"Növbəti həftənin içində "Ana söyüşü" adlı romanım çap olunacaq. Qısa əsərdi, cəmi 120 səhifədir. Qiyməti 20 manat olacaq. Cəmi 500 nüxsə çap olunacaq. Əsəri evimdə satacam. Oxucular gəlib kitabımı evdən alsın. Daha metro qabağında kitab satmağa halım yoxdu. Ən əsası, oxucunun məndən aldığı romandan xoşu gəlməsə, qaytarsın, 20 manatını - üzrxahlıq əlaməti olaraq, üstündə də 30 manat əlavə pul verəcəm. Uğurlar. Məni dəstəkləyin".