-
- 26-03-2019, 19:16
- 4 511
Kəramət Böyükçöl onu hədələyən meyxanaçıları məhkəməyə verir
“Meyxanaçılar Mehman Əhmədli və Ələkbər Yasamallını haqqımda dedikləri fikirlərə görə məhkəməyə verəcəm”.
Bunu News24.az-a açıqlamasında Kəramət Böyükçöl ARB-nin "Səhər-səhər" proqramında meyxanaçılar Mehman Əhmədli və Ələkbər Yasamalının onu təhqir etməsi və hədə-qorxu gəlmələrinə münasibət bildirərkən deyib: “Onların leksonundakı sözlər, danışıq tərzi, hərəkət və davranışları, hədə-qorxu gəlmələri mənim meyxana haqqında dediyim fikirlərdə yanılmadığımı təsdiq edir. Təəssüf edirəm ki, efirdə bir necə meyxanaçını yığıb bir yazıçını təhqir edib, hədə-qorxu gəlirlər. Bu, doğru deyil. Artıq bunlarla danışmağa dil tapmıram. Meyxananın yığışdırılmağını deyirəm, amma əksinə olaraq meyxanaçıları efirə çağırıb məni təhqir edirlər. Milli Teleradio Şurası bu işlə məşğul olmalıdır. Konstitusiyaya uyğun olaraq biz öz fikrimizi azad şəkildə bildirməliyik”.
Kəramət Böyükçöl qeyd edib ki, haqqında danışılan görüntülər fakt olaraq onun haqda o cür danışan meyxanaçıların hamısını məhkəməyə verməyinin mümkün olduğunu göstərir: “Gündə efirlərdə bir-birlərinə ağızlarına gələni danışan şou müğənnilər kimi olmaq, səviyyələrinə enmək istəmirəm. Amma belə bir təhqir, hədə-qorxu səviyyəsində məcbur edirlər ki, məhkəməyə müraciət edim. Bu işə əncam çəkməyə çalışacağam. Məsələlər bu şəkildə davam edəcəksə, başqa yolum yoxdur”.
Qeyd edək ki, K.Böyükçöl meyxanaçı Aydın Xırdalanlı vəfat edən gün belə bir status yazmışdı: "Aydın Xırdalanlı vəfat edib. İnsan olaraq Aydına bir sözüm yoxdur, onu nə sevirdim, nə də sevmirdim. Allah rəhmət eləsin. Amma arzu edirəm, Aydınla birlikdə Azərbaycanda adına sənət dedikləri o meyxana da ölüb getsin, rədd olsun, efirlər meyxanaya qadağa qoysun. Meyxanaçılar nə qədər çox yox olarsa, xalqımız o qədər aydınlığa çıxacaq”.
Sevinc YASİNQIZI