-
- 19-01-2024, 13:15
- 159
"Rusiya ilə müharibəyə hazır olmalıyıq" - GENERALDAN XƏBƏRDARLIQ
“NATO ölkələri yaxın 20 ildə Rusiya ilə total müharibəyə hazır olmalıdır”.
News24.az-ın “The Telegraph”a məlumatına görə, bunu NATO-nun Hərbi Komitəsinin rəhbəri Rob Bauer deyib.
O, İsveç hökumətinin öz vətəndaşlarına bu yöndə müraciət etdiyini xatırladıb.
Hərbi sənayenin müasirləşdirilməsini vacib sayan NATO rəsmisi bildirib ki, bunda məqsəd silah-sursat və hərbi texnika istehsalını daha da sürətləndirməkdir:
"Başa düşməliyik ki, sülh şəraitində yaşamağımız hansısa qüvvələrə sərf etmir. Məhz buna görə də biz Rusiya ilə müharibəyə hazırlaşmalıyıq. Belə hallarda hər bir məqam nəzərə alınmalıdır. Elə bir sistem yaradılmalıdır ki, daha çox insanın hərbi təlimlərə cəlb olunmasına imkan versin".
Fərid Azəri