Priqojinin qiyamı: Qərb Ukraynaya xəbərdarlıq edib ki...
    • 27-06-2023, 10:32
    • 212

Priqojinin qiyamı: Qərb Ukraynaya xəbərdarlıq edib ki...

Qərb ölkələri Ukraynanı Rusiya daxilində zərbələr endirmək üçün keçən həftə daxili üsyan cəhdindən istifadə etməməsi barədə xəbərdarlıq edib. 

News24.az xəbər verir ki, bu barədə CNN Qərb rəsmisinə istinadən məlumat yayıb.

Telekanalın həmsöhbətinin dediyinə görə, xəbərdarlıq XİN rəhbərləri, deputatlar və səfirlər səviyyəsində Ukrayna hakimiyyətinə göndərilib.

Qeyd olunur ki, Qərb ölkələri bu vəziyyəti Rusiyanın daxili işi adlandırıb və Kiyevə çağırış ediblər.

“Müttəfiqlər ukraynalılara vəziyyəti təhrik etməmək üçün xəbərdarlıq etdilər. Ukrayna ərazisindəki imkanlardan istifadə edin, lakin daxili işlərə qarışmayın və Rusiya daxilində hücum hədəflərinə zərbə vurmayın”, - məqalədə deyilir.

Akqabay