-
- 10-11-2023, 18:39
- 196
Qərbin Zelenski ssenarisi: bu vaxta qədər ƏVƏZLƏNƏCƏK
Ukrayna ordusunun baş komandanının (Valeri Zalujnı red.) söylədiklərindən sonra qələbə qazana bilməyəcəkləri məlum olduğundan Ukraynanın müttəfiqləri tezliklə hərbi liderə yox, bəlkə də nəyin bahasına olur-olsun sülhü təmin edə biləcək birinə baxmağa başlayacaqlar.
News24.az xəbər verir ki, bu barədə məqaləni “Asia Times” dərc edib.
Nəşr qeyd edir ki, Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya ilə sülh danışıqlarında iştirak etməyəcək, çünki Qərb o vaxta qədər onu əvəzləyəcək.
“İsraillə HƏMAS arasında başlayan müharibə bütün dünyaya Ukraynanın döyüş meydanındakı “məyusedici vəziyyət”ini göstərib, müttəfiqləri artıq Kiyevi gizli şəkildə Rusiya ilə danışıqlara razı salmağa çalışırlar. Çünki başa düşürlər ki, Vladimir Zelenskinin ordusu uğur qazana bilməyəcək”,- deyə məqalədə qeyd edilib.
Qeyd edək ki, bundan əvvəl Valeri Zalujnı Rusiya ilə müharibənin dalana dirəndiyini deyib. Onun “Economist” qəzetində dərc olunan məqaləsində qeyd olunur ki, Kiyev və Qərb Ukraynanın əks-hücumundan daha çox şey gözləyib. Zalujnı qarşıya qoyulan məqsədlərə çatılmadığını etiraf edib.
Ayşən