Estoniya Ukraynaya 14 milyon avro ayıracaq
    • 19-01-2024, 16:00
    • 167

Estoniya Ukraynaya 14 milyon avro ayıracaq

Ukraynaya hərbi yardım üçün nəzərdə tutulan ümumi daxili məhsulun 0,25%-nə əlavə olaraq, Estoniya inkişaf əməkdaşlığı çərçivəsində Kiyevə hər il 14 milyon avro verəcək.

News24.az xəbər verir ki, bu barədə “ERR” milli yayımı məlumat verib.

Estoniya Xarici İşlər Nazirliyinin vitse-kansleri Mariin Ratnikin sözlərinə görə, bu məbləğdən 12,8 milyon avro Estoniya İnkişaf Əməkdaşlıq Mərkəzinə (ESTDEV), bir milyon avro Ukraynaya humanitar yardıma və 200 min avro ayrılacaq. 

Məlumata görə, söhbət əsasən ukraynalı tərəfdaşlarla işgüzar əlaqələrin qurulmasından gedir.

“Bu yardım yanvarın əvvəlində hökumət tərəfindən təsdiq edilmiş Estoniyanın inkişaf əməkdaşlığına dair uzunmüddətli strategiyası, habelə Ukraynanın yenidən qurulması üzrə prinsiplər və fəaliyyət planı nəzərə alınmaqla ayrılacaq”, - ERR əlavə edir.

Mehriban Mirzəzadə