Sabah Bakıda 21 dərəcə isti olacaq
    • 14-04-2019, 13:32
    • 962

Sabah Bakıda 21 dərəcə isti olacaq

Aprelin 15-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, yağmursuz olacağı gözlənilir.  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən News24.az-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman, mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu  gecə 9-12° isti, gündüz 16-21° isti, Bakıda gecə 10-12° isti, gündüz  18-20°isti təşkil edəcək. Atmosfer  təzyiqi normadan aşağı 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  gecə 65-75 %, gündüz 50-60 % olacaq.  

Aprelin 15-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz olacağı ehtimal olunur. Lakin gecə və axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə dolu düşəcəyi ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə  duman. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 8-13° isti, gündüz 21-26° isti, dağlarda gecə 3-8° isti,  gündüz 13-18° isti təşkil edəcək.