Paytaxtın iki rayonunda qaz kəsiləcək
Sosial
Bu gün Bakının Sabunçu və Xətai rayonlarında bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq.
Bu barədə News24.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, saat 10:00-dan etibarən paytaxtın Sabunçu rayonu üzrə Kürdəxanı kəndinin, T.Adıgözəlov, M.Sənani, G.Qurbanova və Ə.Məlikov küçələrinin, Balaxanı, Sabunçu, Bilgəh qəsəbələrinin bir hissəsinin, Xətai rayonu üzrə isə M.Hadi, Şirvani, Qaçaq Nəbi küçələrinin və kənd Əhmədlinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.