Aktyor avtomobilində ölü tapıldı
    • 20-01-2024, 19:41
    • 178

Aktyor avtomobilində ölü tapıldı

Rusiyalı kino və serial aktyoru Aleksey Sdobnov avtomobilində ölü tapılıb.

News24.az Lent.az-a istinadla bildirir ki, bu barədə onun prodüseri və kastinq direktoru Nataliya Boçarova danışıb.

Onun sözlərinə görə, aktyor yanvarın 12-dən 13-nə keçən gecə öz maşını ilə evə getmək üçün yola düşsə də, gəlməyib və maşında ölüb.

O da bildirilir ki, aktyorla vida mərasimi yanvarın 16-da Moskva vilayətində baş tutub. Sənətçinin 57 yaşı var idi.

Sdobnov “Çikatilo”, “Final sezonu”, həmçinin “Otel”, “Rusiya”, “Çizək”, “Rublyovkalı polis”, “Sklifosovski” seriallarında rol alıb. Ümumilikdə onun 40-dan çox layihəsi var.

Aktyorun ölüm səbəbi məlum deyil.