Zelenski səfərbərlik haqqında qanundan danışıb
    • 21-01-2024, 21:18
    • 273

Zelenski səfərbərlik haqqında qanundan danışıb

Ukrayna Prezidenti Volodimir Zelenski səfərbərlik haqqında qanun layihəsini "vacib, ağlabatan və ədalətli" adlandırıb.

News24.az qafqazinfo.az-a istinadən xəbər verir ki, siyasətçi bu fikri Britaniyanın "Channel 4" telekanalına müsahibəsində deyib.

Zelenskinin sözlərinə görə, səfərbərlik "ədalət məsələsidir", çünki ordunun üzvləri dəyişdirilməlidir. 

Ukrayna lideri əlavə edib ki, səfərbərliyə çağırılan vətəndaş hara göndəriləcəyini və nə qədər hazırlanacağını bilməlidir.