Abdullahian Pakistana səfər edəcək
    • 22-01-2024, 16:30
    • 131

Abdullahian Pakistana səfər edəcək

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian pakistanlı həmkarının dəvəti ilə gələn həftə İslamabada səfər edəcək.

News24.az xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.

İran və Pakistanın xarici işlər nazirlikləri də birgə bəyanatda iki ölkənin səfirlərinin yanvarın 26-dək geri qaytarılmasına dair razılığa gəliblər.

Əmir Abdullahian Pakistanın xarici işlər naziri Cəlil Abbas Jilaninin dəvəti ilə yanvarın 29-da İslamabada səfər edəcək.

Meriban Mirzəzadə