-
- 22-01-2024, 21:08
- 298
Atasını öldürüb cəsədini zibil qutusuna atdı
Çelyabinsk vilayətinin istintaq orqanları 60 yaşlı atasını çubuqla öldürən, cəsədini parçalayıb 8 kisəyə yığıb zibil konteynerinə atan Kunaşakski rayonunun Novoburino kənd sakininə ittiham élan edib.
News24.az Lent.az-a istinadla bildirir ki, bu barədə idarənin mətbuat xidmətindən məlumat verilib.
İstintaqın məlumatına görə, qətl Novoburino kəndinin Tsentralnaya küçəsindəki mənzillərdən birində spirtli içki qəbul edərkən münaqişə zəminində baş verib. Təqsirləndirilən 34 yaşlı şəxs 60 yaşlı atasına taxta çubuqla zərbə endirib, kişi yerindəcə keçinib.
Rusiya Daxili İşlər Nazirliyinin Çelyabinsk vilayəti üzrə Baş İdarəsinin mətbuat xidmətinin aydınlaşdırdığı kimi, təqaüdçünün arvadı onlarla əlaqə saxlayıb, kişinin itməsi ilə bağlı bəyanat verib. Polis əməkdaşlarının keçirdiyi kompleks əməliyyat-axtarış tədbirləri zamanı 8 torbaya yığılmış naməlum şəxsin meyit hissələri aşkar edilib. Mərhumun həyat yoldaşından məlumat daxil olandan sonra cinayətin üstü qısa zamanda açılıb. Hadisəni törədən şəxs qısa müddətdə saxlanılaraq nəzarətə götürülüb.