“Bozun 50 çaları”nın ulduzu infarkt keçirdi
    • 22-01-2024, 21:20
    • 257

“Bozun 50 çaları”nın ulduzu infarkt keçirdi

“Bozun 50 çaları” filminin ulduzu Ceymi Dornan Portuqaliyada xəstəxanaya yerləşdirilib.

News24.az OLAY-a istinadla yazır ki, aktyor qolf meydançasında zəhərli tırtıllarla təmasda olduqdan sonra infarkt şübhəsi ilə xəstəxanaya aparılıb.

Sənətçinin dostu, aparıcı Qordon Smartın sözlərinə görə, onlar Portuqaliyada birlikdə istirahət edərkən gözlənilmədən tüklü zəhərli həşəratlarla qarşılaşıblar. Onların tüklərində dərini, gözləri, boğazı qıcıqlandıran və səpki yarada bilən bir protein var.