-
- 29-07-2024, 14:37
- 1 673
Estetik Ginekologiyada cərrahlar diqqətli olmalıdır-HƏKİMLƏR LONDONDAN "KRATON" KLİNİKASINA GƏLDİ
Azərbaycanda peşəkar həkim heyəti, mükəmməl səhiyyə sistemi, müasir tibbi texnologiyalarla çalışan, fərdi müalicə planları ilə seçilən "Kraton" Klinikası beynəlxalq təcrübə mübadiləsinə üstünlük verir.
"Kraton" Klinikasının Direktoru Kəmalə Nəhmətovanın dəvətilə Avropa Estetik Ginekologiya Cəmiyyətinin Prezidenti və London Bader Tibb İnstitutununu rəhbəri Aleks Bader və Cəmiyyətin üzvü Leyla Xəlili Klinikanın qonağı olublar."
Qonaqlar "Kraton" Klinikası ilə birgə həyata keçirəcəkləri geniş miqyaslı əməkdaşlıq planlarını müzakirə ediblər.
Qonaqlarla görüş zamanı xüsusi olaraq vurğulanıb ki, "Kraton" Klinikası Azərbaycanda Estetik Ginekologiya sahəsində inkişafa nail olmaq üçün Beynəlxalq təcrübəni genişləndirərək, Estetik Ginekologiyada mükəmməl və peşəkar fəaliyyətə imza atmaqda davam edəcək.